Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlanıb

Şəfa Hüseynli
Şəkidə  çətənə kolları və 8 kiloqram marixuana aşkarlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya  bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.

Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və  satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. 


Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər