Menyu

Tovuzda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Şəfa Hüseynli
Tovuzda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Bu barədə Operativ Media-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı və neft məhsullarının plastik qablara doldurularaq satıldığı müəyyən edilib.

Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər