Menyu

Polis əməliyyat keçirib, 33 kq narkotik vasitə aşkarlanıb

Şəfa Hüseynli
Polis əməliyyat keçirib, 33 kq narkotik vasitə aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan Bəhruz Mustafayev, Neyman Əmirov və Nadiq Abbasov saxlanılıblar.

Onlardan 33 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əməliyyatlar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər