Menyu

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb

Şəfa Hüseynli
Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.

“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

Qəzanın səbəbləri araşdırılır.

Teqlər:

"Ukraynada MiQ-29 q\u0131r\u0131c\u0131s\u0131 q\u0259zaya u\u011fray\u0131b"

Əlaqəli Xəbərlər