Ukrayna dondurulmuş Rusiya aktivlərindən 10,1 mlrd avro qazanıb

Nərmin Qocamanlı
Ukrayna dondurulmuş Rusiya aktivlərindən 10,1 mlrd avro qazanıb

Ukrayna bu ilin birinci yarısında dondurulmuş Rusiya aktivləri üzrə avropalı tərəfdaşlarından 10,1 milyard avro gəlir əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Welt qəzeti məlumat yayıb.

"Kiyev faktiki olaraq ayda bir tranş alır: yanvarda 3 milyard avro, martda 1 milyard avro, apreldə 3,1 milyard avro və növbəti üç ayda hər dəfə daha 1 milyard avro", - məlumatfa qeyd olunub.

Qeyd edək ki, sonuncu tranş bir gün əvvəl, avqustun 22-də açıqlanıb.

Ukraynaya daha 1 milyard avro ayrılıb.

 

Digər xəbərlər