Menyu

Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq

Əsəd Abbaslı
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq

Kanada Ukraynaya hərbi yardım paketi təqdim edəcək.

Operativ Media xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Kiyevdə Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Qeyd edilib ki, bu yardımın həcmi 1 milyard dollardan çox olacaq.

Baş nazir bildirib ki, ayrılan vəsait Ukraynanın arsenalını gücləndirmək üçün dronların, sursatların və zirehli texnikanın tədarükünə sərf ediləcək.

Bu, Kanadanın Kiyevə əvvəlcədən vəd etdiyi 2 milyard dollarlıq əlavə yardım paketinin tərkib hissəsidir.

Mark Karni əlavə edib ki, yeni hərbi texnika və sursatların Ukraynaya göndərilməsi artıq gələn ay həyata keçiriləcək.

Onun sözlərinə görə, bu addım Ukraynanın müdafiə imkanlarını gücləndirməyə yönəlib və Kanada bundan sonra da Kiyevə dəstəyini davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər