Ana səhifə / Dünya / Vyetnamda qasırğa səbəbindən 586 mindən çox insan təxliyə edilib Vyetnamda qasırğa səbəbindən 586 mindən çox insan təxliyə edilib 24.08.2025, 23:04 Əsəd Abbaslı Vyetnam hökuməti "Kajiki" qasırğasının yaxınlaşması səbəbindən 586 mindən çox insanın təxliyə edilməsi barədə tapşırıq verib. Operativ Media xəbər verir ki, hazırda dənizdə küləyin sürəti 166 km/saata çatır. Sinoptiklər küləyin sürətinin daha da artacağını gözləyirlər. Ölkənin mərkəzində yerləşən Thanhhoa, Quanqçi, Hue və Dananq əyalətlərinin sakinlərinə evlərini tərk etmək barədə əmr verilib. Aviareysləri ləğv edilib və qayıqlara dənizə çıxmamaq tapşırılıb. Hazırda qasırğanın Çinin Haynan vilayəti ərazisində tüğyan etdiyi bildirilir. Teqlər: "Vyetnamda qas\u0131r\u011fa s\u0259b\u0259bind\u0259n 586 mind\u0259n \u00e7ox insan t\u0259xliy\u0259 edilib"