Menyu

Ukrayna və Litva uzaqmənzilli dronların birgə istehsalına başlayır

Əziz Əzizli
Ukrayna və Litva uzaqmənzilli dronların birgə istehsalına başlayır

Ukraynanın müdafiə naziri Denis Şmıxal və litvalı həmkarı Dovile Şakaliene uzaqmənzilli dronların birgə istehsalına başlamaq niyyətinə dair saziş imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Şmıxal öz "Telegram" kanalında məlumat yayıb.

“Birlikdə biz birgə istehsala, o cümlədən uzaqmənzilli pilotsuz uçuş aparatlarının yaradılmasına diqqət yetiririk. Kiyevdə Litvanın milli müdafiə naziri Dovile Şakaliene ilə birlikdə Litva və Ukraynada müdafiə təyinatlı məhsulların birgə istehsalına dair niyyət sazişi imzalanıb”, – o yazıb.

Şmıxalın sözlərinə görə, bu sənəd Litvada Ukrayna şirkətlərinin inkişafına dəstək verəcək və texnologiyaların mübadiləsi üçün yeni imkanlar yaradacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər