Menyu

Çexiya təşəbbüsü ilə Ukrayna 3 milyondan çox iriçaplı sursat əldə edib

Əziz Əzizli
Çexiya təşəbbüsü ilə Ukrayna 3 milyondan çox iriçaplı sursat əldə edib

Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən alınan mərmilərin tədarükü üçün Çexiya təşəbbüsü çərçivəsində Ukrayna 3 milyondan çox iriçaplı sursat əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi Çexiyanın xarici işlər naziri Yan Lipavskinin açıqlamasına istinadla məlumat yayıb.

"Hazırda Ukraynaya sursat tədarükü təşəbbüsümüzdə daha 15 ölkə iştirak edir. Ukrayna bizim vasitəçiliyimizlə artıq 3 milyondan çox iriçaplı sursat əldə edib. Təkcə 2024-cü ildə bu göstərici 1,5 milyon mərmi təşkil edib. Cari il ərzində isə biz 1 milyon mərmi tədarük etmişik", – nazir bildirib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-dən sonra Çexiya Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün sursat almaq təşəbbüsü ilə çıxış edib.

Teqlər:

"\u00c7exiya t\u0259\u015f\u0259bb\u00fcs\u00fc il\u0259 Ukrayna 3 milyondan \u00e7ox iri\u00e7apl\u0131 sursat \u0259ld\u0259 edib"

Əlaqəli Xəbərlər