2022-ci ilin fevral ayının sonundan Almaniya Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.
Operativ Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Ümumi məbləğin təqribən 25 milyard avrosu ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avrosu silah-sursat təchizatına və Ukrayna Silahlı Qüvvələrinin təliminə, 6,7 milyard avrosu mülki yardıma və 1,9 milyard avrosu büdcə yardımına yönəlib.
Məlumata görə, Almaniya 2027-ci ilə qədər Kiyevə ikitərəfli əsasda ildə 8 milyard avrodan çox hərbi dəstək vermək niyyətindədir.