Tbilisi-Ankara birbaşa uçuşları bərpa ediləcək
Əsəd Abbaslı
Gürcüstan və Türkiyə paytaxtları arasında birbaşa aviareyslər oktyabr ayından bərpa olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyədə Gürcüstanın səfiri Arçil Kalandia bildirib.
Səfir qeyd edib ki, son aylarda bu məsələ ətrafında Türkiyə tərəfi ilə fəal iş aparılıb və Gürcüstan Prezidentinin Ankaraya rəsmi səfəri zamanı problem həll olunub.
“Ötən il Türkiyədən Gürcüstana 1 milyon 300 mindən çox ziyarətçi gəlib. Birbaşa uçuşlar həm işgüzar əlaqələrin aktivləşməsinə, həm də gürcü turistlərin Ankara və ətraf rayonlara çıxışını asanlaşdıracaq. Eyni zamanda, tibbi turizmin inkişafına da töhfə verəcək”, – deyə Kalandia bildirib.
Bərpa ediləcək reyslər Tbilisi və Ankara arasında müntəzəm olacaq və turizm sektoruna əlavə stimul verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net