Menyu

İspaniyada hoteldə 100-dən çox insan zəhərlənib

Əsəd Abbaslı
İspaniyada hoteldə 100-dən çox insan zəhərlənib

İspaniyanın Mursiya muxtar bölgəsindəki hoteldə yüzdən çox insan salmonella xəstəliyinə yoluxub.

Operativ Media xəbər verir ki, zərərçəkənlər qusma, ishal, qarın ağrısı və bəzi hallarda hərarətin yüksəlməsindən şikayətlənirlər.

Məlumata görə, kurort bölgədə baş verən salmonella epidemiyasından 100-dən çox insan zərər çəkib, lakin onlardan yalnız ikisi xəstəxanaya yerləşdirilib.

Hotelin mətbəxi dezinfeksiya üçün bağlanıb. Epidemioloji xidmətin əməkdaşları və qida təhlükəsizliyi müfəttişləri infeksiyanın dəqiq mənbəyini müəyyən etmək üçün mətbəxdən nümunələr götürürlər.

Teqlər:

"\u0130spaniyada hoteld\u0259 100-d\u0259n \u00e7ox insan z\u0259h\u0259rl\u0259nib"

Əlaqəli Xəbərlər