Menyu

Avstraliya Baş naziri İranı ölkədə iki antisemit hücumu yönləndirməkdə ittiham edib

Əziz Əzizli
Avstraliya Baş naziri İranı ölkədə iki antisemit hücumu yönləndirməkdə ittiham edib

Avstraliyanın Baş naziri Entoni Albaneze İranı ölkəsində baş vermiş azı iki antisemit hücumu yönləndirməkdə ittiham edib.

Operativ Media "Politico"ya istinadən xəbər verir ki, baş nazir Avstraliyanın kəşfiyyat xidmətlərinin İranın Sidney şəhərindəki bir restorana və Melburndakı bir məscidə edilən hücumlarla əlaqəsi olduğunu müəyyən etdiyini açıqlayıb.

O bildirib ki, bu hadisələrlə əlaqədar olaraq Avstraliya çərşənbə axşamı İran səfirini ölkədən çıxarır.

“Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı kifayət qədər etibarlı kəşfiyyat məlumatı toplayaraq son dərəcə narahatedici nəticəyə gəlib. İran hökuməti bu hücumlardan azı ikisini birbaşa yönləndirib. İran öz iştirakını gizlətməyə çalışıb, lakin təşkilat bu hücumların arxasında məhz İranın olduğunu hesab edir”, - deyə Albaneze bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər