Hikmət Hacıyev Mehriban Əliyevanı təbrik edib
Nərmin Qocamanlı
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik", - paylaşımda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net