"Formula 1"lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər
Şəfa Hüseynli
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Report"un Bakıda "Formula 1" yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdudiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq. Həmin tarixlərin iki günü 19-20 sentyabr dərs günüdür.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma