Menyu

Ankarada təbii fəlakət sığınacaqlarının tikintisinə başlanılıb

Şəfa Hüseynli
Ankarada təbii fəlakət sığınacaqlarının tikintisinə başlanılıb

Ankarada təbii fəlakət sığınacaqlarının tikintisinə başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb. 

Bildirilib ki, layihə dövlət mənzil tikintisi idarəsi tərəfindən həyata keçirilir və respublikanın bütün əyalətlərində sığınacaqlar tikiləcək.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin son iclaslarında mülki müdafiə tədbirlərinin gücləndirilməsi məsələsi qaldırılıb.

Əksəriyyəti çoxmənzilli yaşayış binalarının zirzəmisi və ya çoxmərtəbəli yeraltı dayanacaqlardan ibarət mövcud sığınacaqların fövqəladə hallarda əhalinin mühafizəsi üçün müasir tələblərə cavab vermədiyi barədə fikir bildirilib.

Bununla əlaqədar, Türkiyənin yerləşdiyi bölgənin xüsusiyyətləri nəzərə alınmaqla, ölkə daxilində sığınacaq infrastrukturunun yenilənməsi barədə qərar qəbul edilib.

Şəfa Hüseynli

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər