DSMF: Şəxsiyyət vəsiqəsi olmadan sosial ödənişlərin həyata keçirilməsi mümkün deyil
Şəfa Hüseynli
Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərinin vətəndaşlara verilməsi şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır.
Operativ Media xəbər verir ki, bunu fondun mətbuat katibi Rəşad Mehdili bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinə münasibət bildirərkən deyib.
O əlavə edib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil:
"Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır. Bundan sonra sosial ödənişlərinin davam etdirilməsi mümkün olacaq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma