Menyu

ABŞ-də katolik məktəbində hücum edən şəxs intihar edib - YENİLƏNİB

Əsəd Abbaslı
ABŞ-də katolik məktəbində hücum edən şəxs intihar edib - YENİLƏNİB

Minneapolisdə katolik məktəbinə hücum özünü transgender hesab edən 23 yaşlı Robin Vestman tərəfindən həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə yerli KARE 11 telekanalı məlumat yayıb.

Məlumata görə, atəş açan şəxs 2020-ci ildə adını Robertdən Robinə dəyişib. Hücum edənin anasının əvvəllər həmin katolik məktəbində işlədiyi də məlum olub.

Məktəbə hücumdan sonra Vestmanın intihar edib.

20:04

Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbi və kilsədə baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Operativ Media xəbər verir ki, atışma uşaq bağçasının 8-ci siniflərində oxuyan uşaqlar üçün təşkil olunan dini ritual zamanı baş verib.

Şahidlərin sözlərinə görə, atıcı tüfənglə atəş açıb, sonra isə özünü öldürüb.

Xəsarət alanlar arasında ən azı 5 uşaq da olub və onlar Minnesota Uşaq Xəstəxanasına aparılıb.

18:49

ABŞ-nin Minnesota ştatında Minneapolis şəhərində katolik məktəbində atışma baş verib.

Operativ Media xəbər verir ki, atəş açan şəxs saxlanılıb və hazırda heç bir təhlükə yoxdur.

"CBS" kanalına verilən məlumata görə 20 nəfər hadisə nəticəsində xəsarət alıb

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini bildirib.

Tramp vəziyyətin nəzarət altında qalacağını bəyan edib.

Məsələ ilə bağlı əlavə detalları açıqlanacağı gözlənilir.

Teqlər:

"AB\u015e-d\u0259 katolik m\u0259kt\u0259bind\u0259 h\u00fccum ed\u0259n \u015f\u0259xs intihar edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər