Menyu

Polşanın Kalininqraddakı konsulluğu bağlanıb

Əsəd Abbaslı
Polşanın Kalininqraddakı konsulluğu bağlanıb

Polşanın Kalininqraddakı konsulluğu rəsmən bağlanıb.

Operativ Media xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib.

Məlumata görə, Kalininqraddakı Baş Konsulluğunun bağlanış mərasimi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə rəhbərliyinin Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması barədə qərar qəbul etdiyini bildirib.

Buna Rusiya xüsusi xidmət orqanlarının Varşavadakı ticarət mərkəzlərindən birində təxribat törətməkdə əli olması səbəb göstərilib.

Öz növbəsində, Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş cavab tədbiri olaraq Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunun bağlana biləcəyini bildirmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər