Menyu

Özbəkistanın əhalisi 38 milyon nəfərə çatıb

Nərmin Qocamanlı
Özbəkistanın əhalisi 38 milyon nəfərə çatıb
1 dəq oxu

Özbəkistan əhalisinin sayı 38 milyon nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Respublika Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Daşkənd vaxtı ilə saat 09:35-ə (Bakı vaxtı ilə 08:35) respublika vətəndaşlarının sayı 38 milyon nəfəri ötüb.

Qeyd olunur ki, ölkədə kişilər daha çox - 19 136 800 nəfər, qadınların sayı isə 18 863 200 nəfərdir.

Ölkə əhalisinin 2030-cu ildə 41 milyonu, 2040-cı ildə 46 milyonu, 2050-ci ildə isə 50 milyonu keçəcəyi gözlənilir.

Komitənin məlumatına görə, 1991-ci ildə Özbəkistanın əhalisi 20,6 milyon nəfər olub

Əlaqəli Xəbərlər