ICAO pilotların yaş həddini 67-yə qaldırmağı nəzərdən keçirəcək
Nərmin Qocamanlı
BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) sentyabrda mülki aviasiya pilotları üçün maksimum yaş həddinin 65-dən 67-yə qaldırılması məsələsinə baxacaq.
Operativ Media xəbər verir ki, müvafiq təklif təşkilatın internet saytında yerləşdirilib və İCAO-nun 42-ci Assambleyasının gündəliyinə daxil edilib.
Təklif dünyanın 350-yə yaxın aviadaşıyıcısını birləşdirən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən irəli sürülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma