Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər

Şəfa Hüseynli
Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Penitensiar xidmətin 7, “Alyans” Vəkil Bürosunun vəkilləri isə 16 saylı cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə pulsuz hüquqi yardım göstəriblər.

Ümumilikdə 70-ə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Şəkil Qalereyası

Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər - Şəkil 1
Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər - Şəkil 2
Vəkillər azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstəriblər - Şəkil 3

Digər xəbərlər