Menyu

İslam İnkişaf Bankı 2026-cı ildə Bakıda illik toplantı keçirəcək

Əsəd Abbaslı
İslam İnkişaf Bankı 2026-cı ildə Bakıda illik toplantı keçirəcək

İslam İnkişaf Bankı (IsDB) Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək.

Operativ Media IsDB-yə istinadən xəbər verir ki, tədbir çərçivəsində həmçinin bir sıra paralel toplantılar - Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) 22-ci Baş Assambleyası, İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) Müdirlər Şurasının 33-cü illik iclası, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) Müdirlər Şurasının 26-cı illik iclası, İnkişaf naminə İslam Həmrəylik Fondunun (ISFD) 19-cu Baş Assambleyası təşkil olunacaq.

Toplantılarda dayanıqlı iqtisadi inkişafın təşviqi və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.

İclaslar həmçinin qlobal inkişaf məsələlərinin gündəmə gətirilməsi və praktiki həll yollarının müəyyən olunması üçün mühüm beynəlxalq platforma rolunu oynayacaq.

Tədbirlərdə bankın 57 üzv ölkəsindən maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirləri, beynəlxalq maliyyə institutları və inkişaf təşkilatlarının yüksək səviyyəli nümayəndələri, islam maliyyəsi üzrə ekspertlər, özəl sektor və vətəndaş cəmiyyəti liderləri iştirak edəcəklər.

Teqlər:

"\u0130slam \u0130nki\u015faf Bank\u0131 2026-c\u0131 ild\u0259 Bak\u0131da illik toplant\u0131 ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər