Menyu

Ermənistan və Pakistanın xarici işlər nazirləri tarixdə ilk dəfə telefon danışığı aparıblar

Şəfa Hüseynli
Ermənistan və Pakistanın xarici işlər nazirləri tarixdə ilk dəfə telefon danışığı aparıblar

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə Operativ Media  Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın "X" hesabındakı paylaşımına istinadən xəbər verir.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

"Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq", - o deyib

Qeyd edək ki, bu Ermənistan və Pakistanın xarici işlər nazirləri arasındakı ilk telefon danışığıdır.

Xatırladaq ki, Pakistan hələ də Ermənistanı rəsmən tanımayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər