Paşinyan Si Cinpinlə gələcək əməkdaşlığı müzakirə edib

Əsəd Abbaslı
Paşinyan Si Cinpinlə gələcək əməkdaşlığı müzakirə edib

"Çin və Ermənistan strateji tərəfdaşlıq münasibətləri qurub".

Operativ Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.

O bildirib ki, strateji tərəfdaşlığın təsis edilməsi iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələdir:

“Pekin və İrəvan ənənəvi dostluğu daha da irəli aparmalı, bir-birini qətiyyətlə dəstəkləməli, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməli və ikitərəfli münasibətlərdə yeni nailiyyətlərə can atmalıdır”.

Çin lideri həmçinin “Bir kəmər – bir yol” təşəbbüsünün birgə inkişaf etdirilməsinin, ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəklədiyini qeyd edib.

Digər xəbərlər