Böyük Britaniyanın Qahirədəki səfirliyi bağlanıb
Əsəd Abbaslı
Böyük Britaniyanın Misirin paytaxtı Qahirədə yerləşən səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Operativ Media-nın xəbərinə görə, bu barədə səfirliyin səhifəsində paylaşım edilib.
Bildirilib ki, buna səbəb Misir hakimiyyətinin səfirliyin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkməsi olub.
“Binanın fəaliyyəti yalnız vəziyyət dəyişdikdən sonra bərpa olunacaq”, - məlumatda qeyd olunub.
Misir tərəfi hadisəyə hələ münasibət bildirməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net