Menyu

Çin ŞƏT Banklararası Assosiasiya üzvlərinə 1,4 milyard dollar kredit verəcək

Əziz Əzizli
Çin ŞƏT Banklararası Assosiasiya üzvlərinə 1,4 milyard dollar kredit verəcək

Çin növbəti üç il ərzində ŞƏT Banklararası Assosiasiyasının üzvü olan banklara ümumilikdə 10 milyard yuan (1,4 milyard dollar) məbləğində kredit ayıracaq.

Operativ Media xəbər verir ki, bunu Tiencində keçirilən ŞƏT sammitində çıxışı zamanı Çin sədri Si Cinpin bildirib.

"ŞƏT-in inkişafına daha səmərəli töhfə vermək üçün Çin həmişə real addımları önə çəkir. Bu il Çin ŞƏT üzvü olan ölkələrə 2 milyard yuan (280 milyon ABŞ dolları) həcmində qrant yardımı göstərəcək, növbəti üç ildə isə Banklararası Assosiasiyanın üzvü olan banklara 10 milyard yuan məbləğində yeni kreditlər təqdim edəcək", – Çin lideri vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər