Putin: ŞƏT hökumət başçılarının görüşü noyabrda Moskvada keçiriləcək

Əziz Əzizli
Putin: ŞƏT hökumət başçılarının görüşü noyabrda Moskvada keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclası 2025-ci ilin noyabrında Moskvada keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu Tiencində keçirilən ŞƏT sammitində çıxışı zamanı Rusiya lideri Vladimir Putin bildirib.

Putin bugünkü məhsuldar görüşə görə Çin tərəfinə təşəkkürünü bildirib.

“Əminəm ki, Tiencində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələləri, razılaşdırıldığı kimi, noyabrda Moskvada keçiriləcək ŞƏT Hökumət Başçıları Şurasının iclasında ətraflı şəkildə müzakirə olunacaq. Biz bütün ölkələrin nümayəndə heyətlərini, dostlarımızı görməyə şad olarıq", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti həmçinin bugünkü görüşdən sonra ŞƏT-ə sədrlik edəcək Qırğızıstana uğurlar arzulayıb.

Digər xəbərlər