Menyu

Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb

Şəfa Hüseynli
Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb

Çin Xalq Respublikasının Sədri Si Cinpin “ŞƏT plus” formatında keçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobal idarəetmə sahəsində təşəbbüslə çıxış edib

Operativ Media  xəbər verir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədri qlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O çıxışında bütün ölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının illik sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçirilir. Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər