Rubio fransalı həmkarı ilə Ukrayna müharibəsini müzakirə edib
Əsəd Abbaslı
ABŞ Dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefonla danışıb.
Operativ Media Dövlət Departamentinə istinadla xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə həll etmək üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.
Dövlət katibi Fələstin Dövlətinin birtərəfli şəkildə tanınmasına Birləşmiş Ştatların qəti etirazını çatdırıb və bildirib ki, bu addım HƏMAS-ı 7 oktyabr hadisəsi üçün mükafatlandıracaq və bütün girovların evə qaytarılması səylərinə mane olacaq.
İki ölkə rəsmisi İran, Sudan və Konqo Demokratik Respublikasına dair müzakirə aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net