Menyu

ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub

Əsəd Abbaslı
ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub

ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub.

Operativ Media xəbər verir ki, Tbilisidə Gürcüstanın Müdafiə Nazirliyində ABŞ ilə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

ABŞ-nin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, səfir vəzifəsini icra edən Alan Pursel görüş zamanı yeni təyin olunmuş müdafiə attaşesi, polkovnik Conatan Adamsı və ABŞ Müdafiə Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik-leytenant Endryu Undervudu Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovaniyə təqdim edib.

Tərəflər ABŞ və Gürcüstan arasında mövcud hərbi tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər