Trampın xüsusi elçisi Parisə gedib
Əsəd Abbaslı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff sentyabrın 4-də baş tutacaq görüşdən əvvəl Parisə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters“ diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff, çox güman ki, Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparacaq, lakin onun sentyabrın 4-də keçiriləcək müzakirədə iştirak edib-etməyəcəyi barədə hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, “Agence France-Presse” Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderlərinin, həmçinin Volodimir Zelenskinin sentyabrın 4-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacağı barədə məlumat vermişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net