Eşqi Bağırov: Hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq
Nərmin Qocamanlı
“14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsi üzrə təmayül sinifləri açılıb. Bu siniflərin məqsədi şagirdlərin ali təhsilə keyfiyyətli şəkildə hazırlanmasını təmin etməkdir”.
Operativ Media xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.
O qeyd edib ki, şagirdlər müəllim yanına getmədən, öz məktəblərində təşkil istədikləri qruplar və istiqamətlər üzrə təhsil ala biləcəklər.
“Düşünürük ki, bu təmayül siniflərinin nəticələri özünü açıq şəkildə göstərəcək”, – direktor qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma