Menyu

MÜTDA: Şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir

Nərmin Qocamanlı
MÜTDA: Şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir

"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq”.

Operativ Media xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.

"Şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməzlər", – deyə o əlavə edib.

E.Bağırovun sözlərinə görə, bu qaydaların bütün məktəbləri əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib:

"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq. Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər