Menyu

Yanvar-avqust aylarında DSMF-yə 322 mindən çox vətəndaş müraciət edib

Nərmin Qocamanlı
Yanvar-avqust aylarında DSMF-yə 322 mindən çox vətəndaş müraciət edib

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələri üzrə ümumilikdə 322 min 437 vətəndaş müraciəti qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 130 min 76-sı pensiya, 81 min 213-ü müavinət, 12 min 617-si Prezident təqaüdü, 62 min 485-i ünvanlı dövlət sosial yardımı, 8 min 444-ü fərdi uçot və sosial sığorta, 1 384-ü dövlət icbari şəxsi sığorta və 26 min 218-i isə digər istiqamətlərlə bağlı olub.

Teqlər:

"Yanvar-avqust aylar\u0131nda DSMF-y\u0259 322 mind\u0259n \u00e7ox v\u0259t\u0259nda\u015f m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər