Azərbaycanda Büdcə Məcəlləsi hazırlanır
Redaksiya
Azərbaycanda Büdcə Məcəlləsinin qəbul edilməsi təklif edilir.
Operativ Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, beynəlxalq təcrübədə bu cür məcəllə tətbiq edilir: “Büdcə qanunvericiliyin formalaşması büdcə şəıffaflığının, səmərəəliliyinin artırılmasına gətirib çıxara bilər. Ona görə təklif edirəm ki, Büdcə Məcəlləsi hazırlansın və qəbul edilsin”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qeyd edib ki, bununla bağlı Maliyyə Nazirliyində iş aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net