Menyu

İpoteka şərtlərinə əməl edilmədikdə kredit alan şəxsə hansı məsuliyyət düşür?

Şəfa Hüseynli
İpoteka şərtlərinə əməl edilmədikdə kredit alan şəxsə hansı məsuliyyət düşür?

Son illərdə Azərbaycanda ipoteka krediti vasitəsilə mənzil alanların sayı artmaqdadır. Lakin bu artımla paralel olaraq, kredit öhdəliklərinin icrasında çətinliklər yaşayan vətəndaşların sayı da nəzərəçarpacaq şəkildə çoxalıb.

Bir çox hallarda vətəndaşlar ipoteka müqaviləsinin şərtlərini tam anlamadan imzalayır, nəticədə hüquqi və maliyyə baxımından ciddi problemlərlə üzləşirlər.

Bəs ipoteka krediti alan şəxs müqavilə şərtlərini pozduqda hansı hüquqi nəticələrlə qarşılaşır? 

Mövzu ilə əlaqədar Operativ Media-ya Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev  danışıb:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. 

Eyni zamanda, bu hüquq borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

İpoteka müqaviləsi bağlayan şəxs öhədliklərini yerinə yetirmədiyi halda qarşı tərəfin həm müqavilədə, həm də qanunvericilikdə müəyyən edilmiş müddəalara əsasən, öhdəliklərin icrasını təmin etmək hüququna malikdir. 

Öhdəlyin icrasının əmlak hesabına təmin edilməsi həm notariusun icra qeydi, həm də məhkəmə qərarı əsasında mümkündür. 

İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər."

Hüquqşünas onu da əlavə edib ki, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür. 

Borclar və digər ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

O qeyd edib ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. 

Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.


Şəfa Hüseynli

Teqlər:

"\u0130poteka \u015f\u0259rtl\u0259rin\u0259 \u0259m\u0259l edilm\u0259dikd\u0259 kredit alan \u015f\u0259xs\u0259 hans\u0131 m\u0259suliyy\u0259t d\u00fc\u015f\u00fcr?"

Əlaqəli Xəbərlər