Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq?
Nərmin Qocamanlı
“Bu il IX sinifdə – buraxılış imtahanında ingilis dilində yeni test modeli təqdim olundu. Həmin testlər üzərində uzunmüddətli araşdırmalar, Elm və Təhsil Nazirliyi ilə birgə müzakirələr aparıldı. Bunun nəticəsində şagirdlərin göstəriciləri də qənaətbəxş oldu”.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
O qeyd edib ki, bu il XI sinif buraxılış imtahanında da həmin model tətbiq olunacaq: “Artıq bir neçə gün əvvəl buraxılış və qəbul imtahanlarının proqramları açıqlanıb. Orada imtahana düşəcək mövzular təqdim olunub”.
Teqlər:
"Q\u0259bul imtahanlar\u0131nda yeni test modeli t\u0259tbiq olunacaq?"