Menyu

Kənd toyuğu niyə bahalaşıb?

Nərmin Qocamanlı
Kənd toyuğu niyə bahalaşıb?

"Quş əti və digər ət məhsullarının bahalaşması əsasən istehsal xərclərinin artması ilə bağlıdır".

Bu fikirləri Operativ Media-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib. 

O bildirib ki, fermerlər üçün ən böyük xərc yemdir: " Qarğıdalı, soya və taxıl kimi yem məhsullarının qiyməti dünyada bahalaşdıqca, bu, quşçuluq təsərrüfatlarına da təsir edir və nəticədə satış qiyməti artır.

Bundan başqa, ətin bazara çatdırılması üçün nəqliyyat, soyuducu maşınlar və logistika xərcləri də var. Yanacağın bahalaşması bu xərcləri daha da yüksəldir. İstehsalçı və satıcılar da bu əlavə yükü məhsulun qiymətinə yansıdırlar.

O, bildirib ki, havalar soyuduqca ətə olan tələbat artır. Bu da qiymət artımına səbəb olan faktorlardandır.

Ayşən Sadıxzadə

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər