Menyu

Fahreddin Altun Sahibə Qafarova ilə görüşüb

Nərmin Qocamanlı
Fahreddin Altun Sahibə Qafarova ilə görüşüb

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Fahreddin Altun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə TİHEK sədri öz "X" hesabında etdiyi paylaşımda bildirib.

"Görüşdə biz parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq. İnsan hüquqlarının qorunmasının təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət olduğunu, ölkələrimizin vahid millət prinsipini mənimsəyərək bu sahədə ortaq mövqe nümayiş etdirməli olduğunu qeyd etdik", - paylaşımda deyilir.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.

Teqlər:

"Fahreddin Altun Sahib\u0259 Qafarova il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər