Menyu

İşğaldan azad edilmiş ərazilərdə daha bir qrup sakin üçün kiçik bizneslər yaradılıb

Nərmin Qocamanlı
İşğaldan azad edilmiş ərazilərdə daha bir qrup sakin üçün kiçik bizneslər yaradılıb

Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.

Operativ Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, verilən aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı 460-a çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər