Bu il 8 mindən çox vətəndaş kirayə yolu ilə mənzil sahibi olub
Nərmin Qocamanlı
Cari ilin oktyabrın 1-nə olan məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
İKZF-dən Operativ Media-ya bildirilib ki, bunların 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net