Menyu

Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri saxlayıb- VİDEO

Şəfa Hüseynli
Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri saxlayıb- VİDEO

Paytaxtın Nərimanov rayonunda  soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib. İki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Polis marketd\u0259 sat\u0131c\u0131ya qar\u015f\u0131 soy\u011fun\u00e7uluq ed\u0259nl\u0259ri saxlay\u0131b- V\u0130DEO"

Əlaqəli Xəbərlər