Paytaxtda avtomobildə yanğın baş verib
Şəfa Hüseynli
Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net