Menyu

WUF13-də 15 min iştirakçı qeydiyyatdan keçib

Operativ Media
WUF13-də 15 min iştirakçı qeydiyyatdan keçib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.

Operativ Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, forum sürətli urbanizasiya dövründə keçirilir və 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

Anar Quliyev bildirib ki, tədbirdə hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor nümayəndələri iştirak edəcəklər. “Bu forum tarixi olacaq. İlk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Liderlər Sammiti keçiriləcək və burada dövlət və hökumət başçıları şəhərlərin inkişafını qlobal səviyyədə strateji prioritet kimi müzakirə edəcəklər”.

Onun sözlərinə görə, tədbir çərçivəsində 40 əsas sessiya, yüzlərlə tərəfdaş tədbiri və geniş “Urban Expo sərgisi” keçiriləcək.

Anar Quliyev əlavə edib ki, artıq 169 ölkədən təxminən 15 min iştirakçı forumda qeydiyyatdan keçib və Bakı qlobal şəhərsalma dialoqu üçün mühüm platformaya çevriləcək.

Əlaqəli Xəbərlər