Menyu

Sabahdan Azərbaycanda 11 günlük bayram tətili başlayır

Operativ Media
Sabahdan Azərbaycanda 11 günlük bayram tətili başlayır
1 dəq oxu

Sabahdan etibarən Azərbaycanda 11 günlük bayram tətili başlayır.

Operativ Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

● Bayramlardan sonra ilk iş günü nə vaxtdır?

● 31 mart iş günüdür?

21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən 25 və 26 mart da qeyri-iş günü olacaq.

Martın 20-si və 21-i Ramazan bayramına təsadüf edir. Bayram günü digər qeyri-iş gününə düşdükdə növbəti iş günü istirahət günü kimi hesab olunur. Bu səbəbdən 27 və 30 mart da qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləridir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər