Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib
Operativ Media
Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib.
Operativ Media xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.
Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı "Memorial" xəstəxanasında vəfat edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net