Mayda 5 günlük tətil: Populyar istiqamətlər üzrə biletlər neçəyədir? - ARAŞDIRMA
Bu il Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü münasibətilə ardıcıl 5 gün iş olmayacaq. Fürsətdən istifadə edib səfər planı quranların sayı az deyil.
Operativ Media bayram günlərində azərbaycanlıların vizasız səfər edə biləcəyi bəzi istiqamətlər üzrə AZAL-ın bilet qiymətlərini araşdırıb.
Araşdırmaya əsasən, ən populyar istiqamətlərdən biri olan İstanbula 27-31 may tarixlərində bir nəfər üçün gediş-dönüş bileti 766 AZN təşkil edir. Daha yaxın məsafəyə üstünlük verənlər üçün isə Tbilisi istiqaməti üzrə gediş-dönüş biletinin qiyməti təxminən 471 AZN-dir. Şimal istiqamətində Bakı-Moskva reysi üzrə gediş-dönüş biletləri 732 AZN, Serbiyanın Belqrad şəhərinə isə 671 AZN-ə səyahət etmək mümkündür. Qeyd edək ki, Belqrad reysi üçün 27 mayda uçuş olmadığına görə planlamanı 28-31 may tarixlərinə etmək lazımdır.
İstirahətini fərqli regionlarda keçirmək istəyənlər üçün Dubay istiqaməti üzrə biletlər 1233 AZN-dən başlayır. Uzaq Şərqə marağı olanlar üçün Pekin səfəri (26-31 may) 1422 AZN, Misirin Şarm əl-Şeyx kurort şəhəri isə təxminən 1526 AZN-dir.
Xatırladaq ki, bu il Qurban bayramı 27-28 may tarixlərinə təsadüf edir. 28 may həm də Müstəqillik Günü olduğu üçün istirahət günləri yerini dəyişərək 29 may tarixini də əhatə edəcək. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, ölkədə 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl 5 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, məqalədə göstərilən bütün qiymətlər bir nəfər üçün gediş və dönüş biletləri birgə hesablanaraq yekun məbləği əks etdirir. Bu qiymətlər sorğunun aparıldığı günə uyğundur və biletlərin satılma intensivliyindən asılı olaraq dəyişə bilər.
Bakı - İstanbul

Bakı - Tbilisi

Bakı - Dubay

Bakı - Moskva 

Bakı - Belqrad


Bakı - Pekin

Bakı - Şarm əl-Şeyx 
