Bölgələrdə WUF13 festivalı keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək.
Operativ Media bu barədə əməliyyat şirkətinə istinadən xəbər verir.
Festivalın tarixləri:
28 aprel - Bakı
29 aprel - Sumqayıt
30 aprel - Quba
2 may - Lənkəran
4 may - Qəbələ
5 may - Şəki
6 may- Mingəçevir
8 may - Gəncə
10 may - Xankəndi
"Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saatlarında isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Festivalda iştirak sərbəstdir. Hər kəsi WUF13 Festivalında iştirak etməyə dəvət edirik!". -məlumatda qeyd edilib.