Bakıda WUF13-ün üçüncü günü işinə başlayıb
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü günü öz işinə başlayıb.
Operativ Media xəbər verir ki, gün ərzində ümumilikdə təxminən 162 tədbirin keçirilməsi nəzərdə tutulur.
Bu gün WUF13 çərçivəsində "Yaşıl, Davamlı və İnklüziv Bərpaya Doğru: Azərbaycanda Davamlı Şəhərlərin Tətbiqi", "Tərəfdaşlıq, Siyasət İnnovasiyası və Maliyyə vasitəsilə Əlverişli Mənzillərin Sürətləndirilməsi", "Köçkünlük Kontekstində "Yaxşı Şəhər"in Yenidən Düşünülməsi: Şəhər Böhranında Mənzil, Yaşayış Vəsaitləri və Rifah - Bir Tədqiqat", "Şəhərsalma İqlim Fəaliyyətidir - C40 və BMT-nin Yaşayış Yeri Sürətləndiricisi" kimi mövzularda sessiyalar baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Forum mayın 17-də start götürüb və 22 mayadək davam edəcək.
Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.